Movqe.Az xəbər verir ki, Yahoo prezidenti keçən həftə müddətində bir neçə gün davam edən Yahoo e- poçt problemlərindən ötəri rəsmi bir şərh vermək və üzr istəmək məcburiyyətində qalıb. İstifadəçiləri hövsələdən çıxaran problemdən ötəri kədərli olduğunu deyən Mayer , firmanın rəsmi Tumblr blogu vasitəsilə şərh verib. Bazar ertəsi günü 10:30 -da başlayan qəzadan sonra e -poçt ünvanı işləməyib. Həmçinin yeni məlumata görə 25 noyabr - 9 dekabr arasında göndərilmiş bəzi e -poçt da alıcılara çatmayıb. Bu vəziyyətin aktual kəsintiylə əlaqəli olub-olmadığı açıqlanmayıb. Cümə axşamı günü Flickrda da kəsilmə yaranıb.