Azərbaycanda yollarda vəziyyət necədir?
16 Dekabr 2013 22:04 (UTC+04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Kamran
Əliyev APA-ya açıqlamasında bildirib
ki, ötən gecədən respublika ərazisinə yağan güclü qar bəzi
magistral yollarda nəqliyyatın hərəkətində problemlər
yaradıb.
K. Əliyevin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax
yolunun 38-ci kilometrliyindən asfalt örtüyü buz bağlayıb. Bu
istiqamətdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Müşfiq
postundan Bakı-Qazax-Kürdəmir istiqamətinə
yönləndirilir.
Bundan başqa, Muğanlı-İsmayıllı yolunda buzlama və
qar müşahidə edilir. Bu istiqamətdə isə şinləri qış mövsümünə uyğun
olmayan avtomobillər Qəndob-Xaçmaz istiqamətinə
yönləndirilir.
K. Əliyev, həmçinin Quba-Qusar avtomobil yolunun
buz bağladığını bildirib.
Şöbə rəisi sürücülərə idarə etdikləri
avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələrini, yüksək
sürətdən uzaq olmalarını tövsiyə edib.