Movqe.Az xəbər verir ki, bu yaxınlarda evlənən "Facebook"un sahibi gənc milyarder Mark Sukerberq həyat yoldaşı Prissila Çanla bal ayına Romaya gedib. Cütlük İtaliyaya şəxsi təyyarəsi ilə gedib və şəhərin mərkəzində ucuz otellərin birində qalırlar. Mark Sukerberq sakit istirahət əvəzinə ekskursiya proqramı təşkil edib. Çox ucuz restoranda ikisinə 40 dollarlıq yemək sifariş edib. Onlar, orqanizmə zərərli olan "fast-food" yeməklərini çirkli pilləkənlərin üstündə oturaraq yeyiblər. Cütlüklərin dostlarının söylədiklərinə əsasən, Prissila Çan bal ayından razı deyil. Çan deyir:" Mark heç mənə fikir vermir,onu heçnə maraqlandırmır saatlarla telefonda kiminləsə danışır. Mən anlayış göstərməyə çalışıram,deyirəm işlə bağlıdır, amma yenə də qəlbimdə pis oluram".
E.F.N
Movqe.Az