Fransada at əti qalmaqalı

17 Dekabr 2013 16:35 (UTC+04:00)

Fransız polisi , quduz və digər xəstəliklərə qarşı antikor istehsalında istifadə olunan at ətlərini qida məhsullarına qarışdıran 21 nəfəri nəzarətə alıb. Səlahiyyətlilər , ətlərin insan sağlamlığına zərərli olmadığını açıqlayıb. Polis , aralarında dərman nəhəngi Sanofi firmasının da olduğu şirkətlər tərəfindən tibbi təcrübə məqsədiylə istifadə edilən 200 atın , sənədlər üzərində dəyişiklik edilərək sallaqxanalara göndərildiyini müəyyən edib. Fransanın cənubunda və İspaniyanın şimalında Gerona şəhərində , aralarında Sanofi ofisləri və sallaqxanaların olduğu ünvanlara edilən basqında , 4-ü baytar , 13 ət satıcısının olduğu 21 nəfər  nəzarətə alınıb. Movqe.Az bildirir ki, nəzarətə alınanlar arasında , hadisənin baş məsulu olduğu təyin olunan bir nəfər də olub. 

At əti , xüsusilə Fransa , İspaniya və İtaliyada məşhur olaraq istehlak edilir. Fransa İstehlak Naziri Benoit Hamon , ötən aylarda Avropa daxilində yaşanan at əti skandalına toxunaraq , bu dəfə vəziyyətin daha ciddi olduğunu , sağlamlıq baxımından risk daşıdığını deyib. 2013-ci ilin əvvəllərində meydana gələn qalmaqalda, at ətinin dana əti etiketiylə satıldığı təyin olunmuşdu.