“Sən bir nəğməsən” mahnı müsabiqəsinin finalçısına torpaq sahəsi verilib – FOTOSESSİYA

30 May 2012 14:27 (UTC+04:00)

Gənc müğənni Zarina Məmmədova aparıcısı olduğu "Space" telekanalında yayımlanan "Sən bir nəğməsən" mahnı müsabiqəsindən danışıb. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü açıqlama verib. Z.Məmmədova bildirib ki, müğənni olmasına baxmayaraq, aparıcı kimi fəaliyyət göstərməsi, onun üçün elə də çətin olmayıb. O, kimsəsiz uşaqlar arasında keçirilən "Sən bir nəğməsən" mahnı müsabiqəsinin final gecəsinin aparıcısı olmasından razı qaldığını deyib: "Kimsəsiz uşaqlar arasında keçirilən "Sən bir nəğməsən" mahnı müsabiqəsinin final gecəsində aparıcılıq etməyə razılıq verdim. Tamaşaçılar yaxşı bilir ki, mənim aparıcılıq bacarığım var. Ancaq ifaçılıqla onu qarışdırmaq istəmirəm. Bir çox telekanallardan təklif gəlsə də, heç birini dəyərləndirmirdim. Amma "Sən bir nəğməsən" mahynı müsabiqəsi mənim üçün doğma idi. Final olduqca maraqlı keçdi və hər kəsin çoxdan bəri gözlədiyi qalib müəyyənləşdi. Belə ki, qalib tamaşaçıların sevimlisinə çevrilən Tərlan oldu. Balaca Tərlan üçün mükafat olaraq torpaq sahəsi verildi. Əmimən ki, Tərlana bundan faydalı mükafat ola da bilməz!"

Final gecəsində kimsəsiz uşaqlara dəstək olmaq üçün Qədir Qızılsəs, Elnarə Abdullayeva və Manaf Ağayev də təşrif buyurmuşdular.

Qeyd edək ki, Z.Məmmədova hələ iki il əvvəl "Pop star" musiqi yarışmasının aparıcısı olub. Ancaq "Pop star"dan sonra tamaşaçıların qarşısına aparıcı kimi deyil, müğənni kimi çıxmağı üstün tutub. Müğənni "Sən bir nəğməsən" mahnı müsabiqəsinə qədər gələn bir çox təklifləri rədd edib, yalnız sənəti ilə məşğul olurdu.

Fuad Mədətov

Movqe.Az