Ukrayna Avro- 2012 futbol çempionatlığına ev sahibliyi edəcək

30 May 2012 15:01 (UTC+04:00)

Movqe.az "BBC"ə istinadən bildirir ki, Ukraynanın həbsdə olan müxaləfət lideri Yuliya Timoşenkonun qızı  Avro- 2012 futbol turnirinin planlaşdırıldığı kimi ölkədə keçiriləcəyini deyib. Yarış iyunun 8-də baş tutacaq. Avropa liderləri Ukraynada keçiriləcək oyunları boykot  edəcəklərini bildiriblər. Bu arada  Timoşenkonun qızı qeyd edib ki, "siyasi boykotu anlamaq olar ,lakin idman oyunları davam edəcəkdir. Mən inanıram ki, çempionat keçirilənə kimi bütün problemlər öz həllini tapacaq, siyasi məhbuslar azad ediləcək və onların seçkilərdə iştirakına icazə veriləcək".