Nazpərinin 200 min manat pul tələbi rədd edildi!-MƏHKƏMƏDƏ

18 Dekabr 2013 13:14 (UTC+04:00)
Bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə xalq artisti Nazpəri Dostəliyevanın iddia ərizəsi əsasında məhkəmə prosesi baş tutub. Bu barədə İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov Mövqe.az-a məlumat verib. Qeyd edək ki, Nazpəri Dostəliyeva iddia edirdi ki, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli sənətkar İlhamə Quliyeva "ATV" kanalında yayımlanan "Ümid var" verilişində guya onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələrdən istifadə edib, şər, böhtan danışıb. Nazpəri Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İlhamə xanım Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyirdi. Məhkəmə prosesi zamanı tam sübuta yetirildi ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanın ünvanına heç bir böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləməyib. Bununla belə məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekpertizaya göndərilməsinə qərar verib. Məhkəmə prosesində İlhamə xanımın hüquqlarını vəkil Ceyhun Cəfərov və tanınmış hüquqşünas Habil Vəliyev müdafiə ediblər. Onlar bildiriblər ki, İlhamə xanım Quliyeva Nazpəri Dostəliyevanın ünvanına böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr işlətməyib. 


Nəzərinizə çatdıraq ki, növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.