Kıvanç Tatlıtug ölümdən döndü
18 Dekabr 2013 13:12 (UTC+04:00)
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtug "Kurt Seyd&Shura"
filminin çəkilişində ölüm ilə üzbə-üz qalıb. Mövqe.az xəbər verir
ki, çəkilişləri davam edən filmin setində yaraşıqlı aktyor atdan
yıxılıb. Atdan yıxılan Kıvanç setdə olan hər kəsi yaman qorxuzub.
Dərhal xəstəxanaya yerləşdirilən aktyorun qabırğasında sınıq aşkar
edilib. Lakin buna baxmayaraq Kıvanç çəkilişləri davam etdirmək
qərarına gəlib. Qeyd edək ki, adı çəkilən filmin çəkilişləri 25
dekbar Rusiyada davam edəcək