Movqe.Az xəbər verir ki, İtalyanın qaçaq immiqrant axınına uğrayan cənubdakı Lampedusa Adasında olan immiqrant qarşılama mərkəzində immiqrantların lüm-lüt şlanqla yuyunduğuna dair görüntülərin ortaya çıxması etirazlara səbəb olub.
İtalya dövlət televiziyası RAI-ın ikinci kanalında xüsusi xəbər olaraq nümayiş olunan adadakı immiqrant qarşılama mərkəzi nəzdində yaradılan anbarda , immiqrantların qotur müalicəsi üçün şlanqdan verilən suyla yuyunma görüntüləri , ölkə daxilində və xaricində yaranan etirazları da özüylə gətirib. Nümayəndələr Məclisinin sədri Laura Boldrini , görüntülərdəki rəftarın alçaldıcı olduğunu və mədəni bir dövlətə yaraşmadığını bildirib.
Baş nazir Enriko Letta da görüntülərin onları təəccübləndirdiyini, hadisənin araşdırıacağını və məsullar haqqında cinayət sanksiyası tətbiq ediləcəyini bildirib.
Özü də immiqrant olan İnteqrasiya naziri Sesile Kyenge də ortaya çıxan görüntülər üçün "Demokratik bir dövlət üçün qəbul edilə bilməz" ifadəsini istifadə edib.