Sədərək Gömrük İdarəsi rəisinin Türkiyədə saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi
NümayəndəliyindənTrend-ə daxil olan məlumatda bildirilir ki, Sədərək Gömrük
İdarəsinin rəisiMirməhəmməd
Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin
müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin
İstanbul şəhərinə gedib:
"2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars hava limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır vilayət prokurorluğuna dəvət edilib".
Məlumatda qeyd olunur ki, Azərbaycan Türkiyədəkı səfirliyi və Qarsdakı Baş konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.
Diplomat "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həbs olunan Gömrük rəisi ilə bağlı konsulluq tərəfindən lazımı addımların hamısı atılır. Konsul bildirib ki, artıq azərbaycanlı məmur vəkillə də təmin olunub:
"Əməkdaşlarımız, demək olar ki, bu işlə ciddi şəkildə məşğuldurlar. Həm onunla görüş, həmçinin Mirməhəmməd Seyidovun həbsinə səbəb olan məsələləri araşdırırıq. Bu barədə yaxın bir saat ərzində Azərbaycan Xarici İşlər Nazirliyinə yekun rəyimizi təqdim edəcəyik".
---------