Cənubi Sudanda vəziyyət getdikcə gərginləşir - FOTOLAR

19 Dekabr 2013 10:54 (UTC+04:00)

Cənubi Sudanda, paytaxt Jubada ixtişaşlar davam edir. Movqe.Az xəbər verir ki, Toqquşmalar Jonqliei ştatının şərq paytaxtı Bor şəhərində və Şərqi Ekvatorun paytaxtı Toritdə  kritik vəziyyətə çatıb. Prezident Salva Kiir eks-prezident Riek Maçarı toqqşmalar yaratmaqda ittiham edib. ABŞ yüzlərlə insanın ölümünə səbəb olan və vətəndaş müharibəsini yaradan böhrana son qoymaq üçün siyasi dialoq çağırışı edib. Çərşənbə günü Cənab Kiir sonu bəlli olmasa da, Cənab Maçar ilə danışıqlara başlayacağına ümüd etdiyini bildirib. BMT-in baş katibi Ban-ki Mun ölkədi vəziyyətdən ötəri çox narahat olduqlarını deyib. Cənab Ban Jubada BMT missiyasında 20.000 insanın sığınacaq aldığını deyib. Bor şəhərinin meri Nikolas Majak "BBC Focus of Africa"ya bildirib ki, hərəkatlar bazar günü Jubadan başlayaraq digər yerlərə yayılıb. Bor paytaxtın şimalından 150 km uzadadır.