Aktrisanın dediyinə görə, onun sabiq ərləri Sem
Mendes və Cim Triplton dan
olan övladları ilə bağlı səslənən iddialar "ağ yalan, çirkin
böhtan"dır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, aktrisanı
sinirləndirən, daha doğrusu, "cin atı"na mindirən məsələ
"Fathers4Justice" qrupunun yeni plakatıdır.
Plakatda Keyt Uinsletin fotosu belə yazı ilə müşayiət olunur: "Keyt, hər uşağın Milad bayramını atası ilə keçirmək hüququ var".
Qrup iddia edir ki, 3 ərdən 3 övladı olan Keyt Uinslet sabiq həyat
yoldaşı Sem Mendesin hüquqlarını pozur, onun övladı ilə görüşməsinə
maneələr yaradır.
Rejissor Sem Mendes isə söyləyib: "Bu qrupun aksiyasından
xəbərsizəm. Keyt və mənim aramda olan münasibətlərdə problem
yaşanmır. Oğlumla vaxtında görüşürəm, çətinliklər olmur. Qrup nəyə
istinadən belə plakat hazırlayıb, anlamıram".
38 yaşlı Keyt Uinslet isə söyləyib: "Onlara hədlərini göstərəcəyəm.
Heç nədən xəbərləri olmadıqları halda, məni rüsvay etməyə, çox pis
ana kimi qələmə verməyə çalışırlar. Halbuki belə deyil. Vəkillərim
məhkəməyə şikayət hazırlayırlar".
Keyt Uinslet 11 gün əvvəl üçüncü övladını dünyaya gətirib. Bu uşaq
aktrisanın üçüncü əri Ned Roknrolla nikahda
ilk övladıdır.
Aktrisanın rejissor Cim Tripltonla nikahdan 13 yaşlı Miaadlı qızı və Sem Mendeslə nikahdan 9 yaşl Coadlı oğlu var.