Vladimir Putin: "Krımda yerli sakinlərə qarşı təhlükə törənərsə, Rusiya bu bölgəyə qoşun yeridə bilər"
Krımdakı indiki durumu Abxaziya və Cənubi Osetiyadakı hərbi münaqişə ilə müqayisə etmək olmaz. Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynanın tərkibində olan Krımda yerli sakinlərə qarşı təhlükə törənərsə, Rusiya bu bölgəyə qoşun yeridə bilər. "Necə ki, belə hala Abxaziya və Cənubi Osetiyada rast gəlinmişdi. Orda təkcə yerli sakinlərə deyil, həm də sülhməramlı qüvvələrə və hərbçilərə qarşı təhlükə var idi. Şükürlər olsun ki, indiki halda Krımda belə bir mənzərə yoxdur", - deyə Putin bildirib.