“Ukrayna siyasi böhrandan çıxır”

19 Dekabr 2013 17:45 (UTC+04:00)

"Ukrayna siyasi böhranı aşmağa başlayıb, Ali Radanın fəaliyyətə başlaması bunu göstərir".

"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Viktor Yanukoviç ölkə jurnalistlərinə müsahibəsində deyib.

Xatırladaq ki, müxalifət büdcə layihəsinin qəbulu üçün parlament kürsüsü və Rəyasət Heyətinin mühasirəsinə qon qoyub. "Deputatların parlamentə qayıtması və parlamentin işə başlaması siyasi böhranın aradan qaldırılmasına işarədir", deyə o, söyləyib.

V. Yanukoviç baş prokuror Viktor Pşonkanın Ali Radada hesabat verməsini də məqsədəuyğun sayıb. Onun fikrincə, kütləvi aksiyalar zamanı saxlanılanlara amnistiya verilməsi məqsədilə qanun layihəsi hazırlamaq üçün işçi qrup yaradılmalıdır. 

 

Prezident başqa dövlətlərin Ukraynanın daxili işlərinə qarışmasının yolverilməz olduğunu vurğulayıb: "Mən kiminsə ölkəyə gəlib bizə necə yaşamaq lazım olduğunu öyrətməsinin qəti əleyhinəyəm".