"Bu, Rusiya dövlətininin stabilliyini poza bilər"
Rusiya prezidenti Vladimir Putin ömürlük prezident olmaq ideyasını dəstəkləmədiyini bəyan edib. Movqe.az-ın Rusiya mətbuatına verdiyi xəbərə görə, ölkə başçısı bu haqda Moskva şəhərində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hakimiyyət Konstitusiya çərçivəsində formalaşır. Bu baxımdan biz nəyinsə dəyişdiriləcəyinin əleyhinəyik. Mən fikirləşirəm ki, əks halda bu, Rusiya dövlətininin stabilliyini poza bilər. Vladimir Putin mətbuat konfransında şəhər merlərinin də seçki yolu seçilmələrinin vacibliyindən də söz açıb.