Azərbaycanda ana doğuş zamanı ölüb

20 Dekabr 2013 10:06 (UTC+04:00)

Bakıda ana doğuş zamanı vəfat edib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb.

Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib.

Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.