Movqe.Az xəbər verir ki, italyan sənətçilər Antonio Qarullo və Mario Ottocento, İtalyanın paytaxtı Romadakı Ferrajoli Sarayında bir sərgi açıb. Sərginin adı "İtalyanın Yuxusu". Sərgidə iştirak edən ən maraqlı əsər isə keçmiş İtaliya Baş naziri Silvio Berluskoninin "ölmüş haldakı" bal mumiya heykəlidir. Qarullo və Ottocentoya görə 18 yaşından kiçik Kərimə əl Mahrukla pul qarşılığında cinsi əlaqəyə girdiyi üçün də ona qarşı iddia açılan Berluskoninin ölmüş olması, İtaliyadakı bir çox adamın yuxularını bəzəyir. Təbii ki, Qarullo və Ottocentonun da!