Ebru Gündeşdən ayrılıq qərarı - ŞOK
21 Dekabr 2013 19:45 (UTC+04:00)
17 dekabrda həyata keçirilən əməliyyat zamanı saxlanılan
azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru
Gündəş "O səs Türkiyə" yarışmasının münsiflər heyətini tərk
edəcək.
Movqe.az aznews.az-a istinadənxəbər verir ki, bu barədə Türkiyə
mətbuatında məlumatlar yer alıb. E. Gündəşin proqramı tərk
etməsinin səbəbi həyat yoldaşının saxlanmasından sonra keçirdiyi
ruhi sarsıntıdır.
Bəzi məlumatlara görə, proqramın gələn həftə yayımlanacaq bölümü
artıq çəkilib. Ancaq buna baxmayaraq E.Gündeş proqramdan ayrılmağı
qərara alıb və bu qərarı həftə sonu elan edə biləcəyi vurğulanır.