Azərbaycanın "Azerspace-1" süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir.
Təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 mln. ABŞ dolları həcmində gəlir əldə olunub.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, "Azerspace-1" peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.