Azərbaycanlı model Günay Musayeva və Türkiyənin məşhur aktyorun Tolqa Karelin boşanma xəbəri yayılıb.
Mövqe.az xəbər verir ki, yayılan xəbərlərdən sarsıntı keçirən və duruma çox əsəbi olduğunu bildirən model G. Musayeva sualımızı cavablayıb: " Bu xəbər əsassızdır. Biz boşanmırıq. Həyatımda bir dəfə də olsun, o məkana getməmişəm. Belə bir dərdim yoxdur. Tolqa çox yaxşı atadır. Buna heç kimin şübhəsi olmasın. Bu cür yazılara cavab vermək kimi bir adətim yoxdur. Hamısını uydururlar".
Qeyd edək ki, cütlük 2011-ci ildə ailə həyatı qurublar.