Robbi Uilliams əməliyyat olunacaq?

24 Dekabr 2013 12:02 (UTC+04:00)

Məşhur pop ulduz Robbi Uilliams, gələn il 40 yaşına qədəm qoyduqda estetik əməliyyat olmağı planlaşdırıdğını açıqlayıb. Daily Mailin xəbərinə görə Robbi hal-hazırdakı görünüşünü itirməkdən qorxduğunu etiraf edib. "The Sun"a danışan Robbi, "Estetik əməliyyat elətdirəcəm. Üzümü dartdıracam,çənəmi balacalaşdıracam" deyərək çoxlarının təəccübünə səbəb olub. 2012 sentyabr ayında qızı Theodora Rosenin qucağına alan Robbi, qızının həyatına gətirdiyi dəyişikliklərdən də bəhs edib.

Qızının dünyaya gəlməsi ilə fərqli bir dünya görüşünə sahib olduğunu, həyatında fiziki və ruhi dəyişikliklər olduğunu ifadə edən Robbi, "Artıq üç paket siqaret çəkmirəm və daha tez yatıram" deyərək etiraf edib.