Müğənni Beyons, yeni albomunu satmağa imtina edən Amazon saytı və Target mağazasından üz döndərib. Məşhur pop ulduz, öz adını daşıyan 14 mahnıdan və 17 videodan ibarət albomunu ilk olaraq iTunes-də paylaşıb. Bildiyiniz kimi,albom satışa çıxdığı gündən, bir həftə keçmədən 800 milyon satış rekordu qırıb. "Billboard" jurnalının xəbərinə görə, Amazon və Target mağazaları müğənninin albomu ilk olaraq iTunes-da paylaşmasına etiraz edib. İki şirkət də məşhur müğənninin CD olaraq bazara sürülən albomunu satmağı rədd edib. Həftə sonunda Targetin rəqibi Wal-Mart mağazasını ziyarət edərək albomunu alan və pərəstişkarlarına cəmdə 37 min dollar hədiyyə çeki paylayan Beyonsun iki firmadan da üz döndərildiyi deyilib.