Müəllimlərə "Google" qadağası!

31 May 2012 12:44 (UTC+04:00)

Movqe.Az CNNtürk-ə istinadən xəbər verir ki, İnternet senzurasında Türkiyə Milli Təhsil Nazirliyi sərhəd tanımır. Çində edilən qadağalardan biri artıq Türkiyə məktəblərində də edilib. Belə ki, məktəblərdə "Google"a daxil olmaq qadağan edilib.

Müəllimlər "Google"dan istifadə edə bilməyən zaman üsyan ediblər.

Pedaqoqlar kompüterlərində, "Bu sayta daxil olmağa Milli Təhsil Nazirliyinin istəyi ilə Türk Telekom tərəfindən maneə törədilib" mesajıyla qarşılaşıblar.

Təxminən 700 min müəllim "Google"a, hətta vaxtaşırı da qəzetlərin internet saytlarına daxil ola bilmədiklərinə görə reaksiya göstəriblər.

Ancaq, Milli Təhsil Nazirliyi rəsmiləri, "Google"a daxil olmağa maneə törədilməsi ilə bağlı bir təlimatlarının olmadığını bildiriblər.

Türk Telekomun gün ərzində zərərli məzmunların təsbit edildiyi, bu təsbitlər əsnasında bəzi qadağasız saytlara maneə yarada bildiyi məlumatı verilib.

Milli Təhsil Nazirliyinin bu istiqamətdə verdiyi məlumatına görə, ancaq "Google"a daxil olmaq istəyənlər üçün açıq-aydın Türk Telekom bu sayta Milli Təhsil Nazirliyinin istəyi ilə maneə törədib.