Ərəb kanalı "MBC"də yayımlanan "Turki Extra" proqramının anketinə Türkiyənin məşhur aktrisası Songül Öden damğa vurub. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, Liana Dahdouhun İstanbulda hazırlayıb təqdim etdiyi anketində "Dram Kraliçası" adına laiq görülən Öden, "Umutsuz Ev Kadınları" serialındakı rolu ilə birinci olub və ən yaxşı Türk qadın aktrisası seçilib. Aktrisa, anketdə 367 min 656 səs ilə birinci olub. Digər sıralar da isə 11.3 % səslə Bərən Saat, 7.17% səs ilə Hazal Kaya, 3.17% faiz səs ilə isə Tuba Büyüküstün yerləşib.