Play Storeda "Angry Birds" çılgınlığı! - FotoVideo

5 Yanvar 2014 14:50 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Mobil oyun dünyasının ən çox oynanan oyunlarından olan "Angry Birds Go" on milyon istifadəçi tərəfindən endirilərək böyük bir müvəffəqiyyətə imza atıb. Sözügedən oyunun necə oynacağına dair ötən günlərdə bir video belə yayımlanmışdı.


Əvvəlki versiyalarında bir sapanddan atılaraq ətrafı yıxan quşlar bu dəfə skeytborda bənzər bir avtomobillə qızıl yığıb sanki möhkəm bir yarışa gedir.


Yükləyib oynamaq pulsuz olsa da oyuna aid vasitələrdən almaq üçün 8-50 dollar arası bir pulu bir kənara ayırmalısınız.


Angry Birds (azərb. Qəzəbli Quşlar) — mərkəzi Finlandiyada yerləşən Rovio Mobile tərəfindən mobil cihazlar üçün təkmilləşdirilən oyun. 2009-cu ilin dekabr ayında Apple iOS üçün təkmilləşdirilən oyun daha sonra digər platformalarada uyğunlaşdırıldı.[2]Məsələn Facebookda oynanıla bilər, internet saytlardan demoları yüklənilə bilər və Google Chrome istifadəçilərinə xüsusi, veb mağazasından Chrome-a əlavə edilə bilər. Oyun, yaşıl donuzların quşların yumurtalarını oğurlamasıyla başlayır. Buna qəzəblənən quşlar donuzları yox etməyə çalışırlar.

Oyunda məqsəd sahib olduğunuz quşları quşatanla çəkib-atmaqla donuzları öldürməkdir. Rio versiyasında isə həbs olunmuş quşları sərbəst buraxmaq və ya meymunları öldürməkdir. Bəzi hissələrdə gizli qızıl yumurtalar vardır. Yumurtaları toplayaraq yeni hissələr açıla bilər. Bəzi hissələrdəki donuzların zirehi vardır, bu donuzları öldürmək daha çətindir.