Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti, 93 ünvanında qeydə alınıb. 1963-cü il təvəllüdlü Yaşar İslam oğlu Qasımov anası, 78 yaşlı Cəvahir Xızıyevanı döyərək öldürüb. Polisdən həmçinin bildirilib ki, Y. Qarayev spirtli içki aludəçisi olub.
Hadisəni törədən Y. Qarayev tutulub.