Azərbaycanlı jurnalist Qonaqlıq verəcək

7 Yanvar 2014 16:36 (UTC+04:00)

Jurnalist Tahirə Məmmədqızı "Space" telekanalında yeni layihənin aparıcısı kimi fəaliyyət göstərir. Artıq bir neçə gündür ki, "Space" telenalındakı anonslardan da məlum olur ki, Tahirə Məmmədqızı hər həftənin bazar günü efirdə olacaq. Tahirə Məmmədqızının "Qonaqlıq"ında ilk qonağı tanınmış müğənni Nadir Qafarzadə olacaq.


Veriliş barədə jurnalistin özü ilə danşdıq. Maraqlandıq ki, Tahirə Məmmədqızı yazılı mətbuatdan uzaqlaşıbmı? "Space" telekanalında aparıcı olmaq təklifi ona kimdən gəlib? Yeni verilişi barədə nə danışacaq? Suallarımıza cavab verən jurnalist "ilk öncə onu qeyd etdi ki, "Şərq" qəzetindəki fəaliyyətini bundan sonra da davam etdirəcək. Yəni həm qəzet jurnalisti kimi, həm də televiziyada paralel olaraq çalışacam. Qaldı yeni verilişə, təklifə, "Qonaqlıq" verilişinə məni aparıcı olaraq tanınmış telekritik Elçin Əlibəyli dəvət edib. Layihənin rəhbəri Elçin müəllimdir. Saytınız vasitəsilə Elçin Əlibəyliyə də minnətdarlıq edirəm ki, bu layihəni mənə etibar etdi. Mən indidən çox böyük danışmaq da istəmirəm. Qəzet jurnalistikasında artıq 15 ilə yaxındır fəaliyyət göstərsəm də, aparıcı kimi ilk layihəmdir. Yəqin ki, qüsurlarım ola bilər. Mən çalışacam ki, onlar tədricən aradan qalxsın, mənə olan etimadı doğruldum.


Ümid edirəm ki, "Space"də təqdim olunacaq "Qonaqlıq" tamaşaçıların böyük marağına səbəb olacaq. Ümid edirik ki, hər həftənin bazar günü efir qarşısında oturan tamaşaçı "görən bu dəfə "Qonaqlıq"lığın hansı maraqlı qonağı olacaq? sualı ilə səbirsizliklə bizi izləyəcək. Anonslardan da artıq məlumdur ki, ilk qonağım Nadir Qafarzadədir. Nadir özəl həyatından, bu günə qədər danışılmayan həyat hekayəsindən ilk dəfə "Qonaqlıq"da danışacaq. Verilişin eyni adlı facebook səhifəsi də yaradılıb. Sosial şəbəkə istifadəçiləri facebook vasitəsilə bizə təkliflərini, fikirlərini yaza bilərlər".