FİFA-nın baş katibi Jerom Valk bəyan edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatı yayda keçirilməyəcək.
Milli.Az-ın məlumatına görə, çempionatın baş katib qışda
keçiriləcəyini bildirib:
"DÇ-2022 iyun və iyul aylarında keçirilməyəcək. Fikirləşirəm ki,
turnir 15 noyabrdan 15 yanvar arasında
keçiriləcək".
FİFA-nın prezidenti Yozef
Blatter də bəyan edib ki, 2022-ci ildəki Dünya
çempionatı yayda keçirilməyəcək:
"Biz Qətərdə çempionatı ancaq noyabr və yaxud dekabrda keçirə
bilərik"
Əlavə edək ki, İngiltərə mətbuatı güman edir ki, turnir 18
noyabrdan 18 dekabra kimi davam edəcək.
Xatırladaq ki, yayda Qətərdə dözülməz istilər olduğu üçün əvvəl də bu məsələ gündəmə gətirilimişdi.