Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 32 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında yanvarın 9-da Bakıya qayıdıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.