Sinan Akçıl çətin anlar yaşayıb

10 Yanvar 2014 12:14 (UTC+04:00)

"Danışmasam Olmaz" proqramın aparıcılarından biri olan Oya Aydoğan, canlı yayımda maraqlı bir hadisə danışıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Almaniyada təşkilatçılıq edən bir dostundan aldığı məlumata görə Sinan Akçıl Almaniyadakı konsertinə 5 dəqiqə əvvəl gəlib və "Hardadı mənim bərbər və makiyaj ustam?" deyə soruşub. Təşkilatçı "Mən sənin kimi bir müğənni görmədim. Tez səhnəyə çıx" xəbərdarlığıyla qarşılaşan Akçıl səhnəyə çıxmaq məcburiyyətində qalıb. Qeyd edək ki, 3 konsert verən və gündüzlərini də Ebru Şallı ilə Düsseldorfda gəzərək keçirdən Sinan Akçıl, Almaniyada xəstəxanaya düşüb.