Vəkil təşkilatçını məhkəmədə 17 500 manat cərimələtdi

10 Yanvar 2014 15:49 (UTC+04:00)
Uzun zamandı davam edən müğənni Arzu Seyidzadənin və təşkilatçı Samir Xəttabın qalmaqallı məhkəməsi başa çatıb. Bu mübahisəyə Nərimanov rayonu 2 saylı inzibati-iqtisad məhkəməsi son qoyub. Müğənninin hüquq müdafiəçisi tanınmış vəkil Zülfiyyə Bayramova Mövqe.az-a açıqlaması zamanı məhkəmədə qalib olduqlarını bildirib: " Dünən Xalid İmanovun sədrliyi ilə keçən məhkəmə iclasında 17 500 manat təşkilatçı S. Xəttab tərəfindən müğənniyə dəymiş ziyanın  müəyyənləşdirilib, qaytarılmasına dair qərar oxundu".