Bakıda beşotaqlı evdə yanğın olub, ölən var

13 Yanvar 2014 10:20 (UTC+04:00)

Movqe.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli beşotaqlı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü Qasım oğlu Qəhrəman İsmayılovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.