Azərbaycanda yeni universitet yaradıldı
13 Yanvar 2014 20:03 (UTC+04:00)
Prezident İlham Əliyev "ADA" Universitetinin yaradılması
haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya
Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün
səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil
prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi
tədqiqatlar aparan, Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti
yaradılsın. Nazirlər Kabinetinə "ADA" Universitetinin
nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək, "ADA" Universitetinin
fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı
zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti
həmçinin, sərəncamdan irəli gələn digər məsələləri həll
etməlidir.