Nişanlı Günel: Ana olmaq istəyirəm
14 Yanvar 2014 11:32 (UTC+04:00)
Yeni ildən bu yana Azərbaycanda olan Günel Zeynalovadan yeni xəbər
var. Nişanlısı ilə çox xoşbəxt olduqlarını deyən Günel artıq
evlilik barədə düşünür. Müğənni ana olmaq istəyir: "Tezliklə ailə
qurub, mən də ana olmaq istəyirəm". Bu barədə "Azərbaycan
ulduzları" verlişində danışan sənətçi Halil Sezaini və Faiq
Ağayevi parodiya edib.
Qeyd edək ki, Azəri qızı Günel parodiyanı çox gözəl bacarır. Bir
çox türk kanallarına çıxan zaman da onun parodiyalarının şahidi
olmuşuq.