Orta Şərqdə "Dramların Kraliçası" əsnasında "Ən yaxşı türk qadın aktrisası" seçilən Songül Öden, mükafata layiq görüldüyünə görə xoşbəxt olduğunu söyləyib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, çəkildiyi "Gümüş" serialında oynadığı xarakterin müsəlman cəmiyyətlərində diqqət çəkməsi onu çox sevindirib "Müsəlman cəmiyyəti bir qadının həm müasir, həm də müsəlman ola biləcəyini, həm özünü ifadə edib həm də adət və ənənələrə bağlı qala biləcəyini gördülər" deyə açıqlama verib.