Gələn ay Azərbaycan və Ruminiya xarici işlər arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə çərşənbə günü Ruminiyanın Azərbaycandakı səfiri Daniel Çiobanu jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin XİN-ləri arasında müntəzəm xarici siyasət və ümumi maraq kəsb edən məsələlər üzrə müntəzəm və intensiv məsləhətləşmələr keçirilir.
Səfir qeyd edib ki, hər iki ölkənin XİN-ləri arasında gözəl əməkdaşlıq əlaqələri mövcuddur.