Erməni əsgər Azərbaycan ərazisində dünyasını dəyişdi

15 Yanvar 2014 19:01 (UTC+04:00)
Ermənistan silahlı qüvvələrinin əsgəri Hayk Markaryan Azərbaycanın işğal olunmuş ərazilərində dünyasını dəyişib. ANS PRESS Ermənistan mətbuatına istinadən bildirir ki, 1993-cü ildə anadan olmuş əsgər yanvarın 14-dən 15-ə keçən gecə keçinib. Erməni mətbuatından belə aydın olur ki, əsgərin ölümü müəmmalıdır və bəri başdan xəstəlikdən ölməsi barədə deyilənlər doğru deyil. Hadisə ilə bağlı istintaqa başlanıb. Erməni mediası bir də əsgərin haradan olması barədə məlumat vermir. Yəni bu məlumat da verildikdə onun Ermənistan vətəndaşı olduğu ortaya çıxa bilər.