Yaşlı qadın bağlı qapı arxasında öldü
16 Yanvar 2014 09:40 (UTC+04:00)
Ötən gün Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1953-cü il
təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Movqe.az-ın FHN-in
saytına istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar
Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,
həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon
zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış
binasının 9-cu mərtəbəsində yerləşən mənzilin qapısını
təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və
avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış
keçirilərkən Manafova Xoşavaz İsa qızı hərəkətsiz vəziyyətdə
aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının
həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində
X.Manafovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin
meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 23:14-də başa çatıb.