20 yanvar günü Bakıda hava dəyişəcək
19 Yanvar 2014 10:00 (UTC+04:00)
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
buludlu olacağı, günün ikinci yarısından başlayaraq yağış yağacağı
ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclənən
şimal küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə
4-6 dərəcə aşağı düşəcək. Qeyri-sabit hava şəraiti yanvarın 22-dək
davam edəcək. Azərbaycanın rayonlarında 20 yanvar günü hava
şəraitinin qeyri-sabit keçəcəyi, səhər əsasən şimal rayonlarında,
axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və
dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur. Yağıntılı hava
şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı
düşəcək.