Bakıda saxta pullar tapıldı
20 Yanvar 2014 13:21 (UTC+04:00)
Ötən gün Qaradağ rayonunda Ağdaş rayonun sakinindən 200 manat saxta
əskinas götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat
xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Qaradağ Rayon Polis
İdarəsi Cinayət-Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi
əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sahil
qəsəbəsində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 və 4 ədəd
10 manatlıq saxta əskinaslar götürülüb. Faktla bağlı cinayət işi
açılıb, araşdırma aparılır.