Azərbaycanlı müğənniyə general rütbəsi verilib ?

21 Yanvar 2014 10:39 (UTC+04:00)
Müğənni Cavanşir Məmmədov özünə general rütbəsi verib. Mövqe.az-ın məlumatına görə, " Qonaqlıq" verlişi zamanı digər qudasının general olduğunu söyləyən müğənni elə özünü də general kimi təqdim edib: " Nəvəm Rəfiqənin o biri babası generaldır. Elə bu biri babası da, general kimidir". Bir nəvə sahibi olan müğənni qəribə bir halı da açıqlayıb. Evində çoxlu sayda dini kitablar, "Qurani- Kərim" olan müğənni bunun səbəbindən danışıb. C. Məmmədov bildirib ki, o gecə yatanda yuxuda nə görürsə səhər saat 12-yə kimi yuxuda gördükləri çin olur, reallaşır. 


Qeyd edək ki, "Qonaqlıq" verlişi tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında bazar günü 09:50-də "Space" telekanalında yayımlanır. Layihənin müəllifi teletənqidçi Elçin Əlibəylidir. Verlişin informasiya dəstəyi isə Movqe.az saytına məxsusdur.