Həzrəti Məhəmmədə təhqirə görə 10 il həbs
4 İyun 2012 19:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Küveytdə
Twitterdən Həzrəti Məhəmmədi təhqir edən adam 10 il həbsə məhkum
edilib.
Küveyt məhkəməsi, sosial şəbəkə olan Twitter hesabından Həzrəti
Məhəmmədə və həyat yoldaşına qarşı təhqirlər işlədərək ölkənin
təhlükəsizliyini təhlükəyə saldığı üçün bir adamı 10 il həbs
cəzasına layiq biliblər.
"Əl Ərəbiyə"nin xəbərinə görə, verilə biləcək ən ağır cəzaya məhkum
edilən Hamad Əl Nakinin vəkili məhkəmə qərarından şikayət
edəcəklərini deyib.
Hamad Əl Naki həmçinin Səudiyyə ərəbistanı və Bahreyndəki rejimlərə
təhqir etməkdə təqsirləndirilib.
3 ay əvvəl həbs olunan Naki, məhbus kimi mühakimə olunurdu.
Küveyt parlamenti ötən ay, dinlə əlaqədar ciddi cinayətlər
törədənləri ölümə məhkum etməyə icazə verən qanunu qəbul edib,
amma, ancaq qanun hələ qüvvəyə girməyib.