Braziliya elm adamları I Dünya Müharibəsinin sonlarından bu yana ilk dəfə çay delfini tapa bilib. Bu haqda Movqe.Az "BBC science" yə istinadn xəbər verir. Araqula çayından tapılan delfin dünyada bilinən 5-ci delfin növüdür. "Plos One" jurnalına şərh verən tədqiqatçılar, bu delfin növünün 2 milyon il əvvəl Cənubi Amerikadan gəldiyini bildirib. Araqula çay hövzəsində təxminən 1000-ə yaxın canlının yaşadığını deyilir. Çay delfinləri dünyanın ən nadir canlılarıdır. IUCN-ya görə onların cəmi 4 növü var və bunlardan üçü Qırmızı Kitaba düşüb. Onlardan biri Yantszı çayında yaşayır və baiji (Çin çay delfini) də adlanır.
Cənubi Amerika Amazon çayı delfininin evi hesab olunur, bu həmçinin boto və ya çəhrayı delfin də adlanır. Ən ağıllı çay delfinidir. Delfinlərin sayının azalmasında və Qırmızı siyahıya düşməsindəki səbəb isə, çaydakı balıqları yeməsidir. Bu səbəbdən balıqçılar onları sevmir və ovlayır.