"Catel" operatoru fəaliyyətindəki texniki çatışmazlıqlara görə
hazırda xidmət göstərə bilmir. Onu əvəzləyəcək hər hansı şirkətin
yaradılması nəzərdə tutulmur. Bunu Rabitə və İnformasiya
Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə deyib:
"Operatorun şəbəkəsində müəyyən dövrdə bir sıra texniki problemlər
olub. Bu problemlər tədricən aradan qaldırılmaqdadır. Onu
əvəzləyəcək hər hansı şirkətin yaradılması və ya "Catel"in başqa
şirkətin tərkibinə verilməsi də nəzərdə tutulmur".