"Rabitə" bu dəfə bürünc medal qazandı
16 Mart 2014 19:15 (UTC+04:00)
Qadın voleybolçular arasında Çempionlar Liqasının
2013/2014 mövsümündə Azərbaycan klubu bürünc medal qazanıb. ANS
PRESS-in məlumatına görə, Bakıda "Kristal Hall"da keçirilən
qarşılaşmada "Rabitə" "Əczaçıbaşı"nı sınağa
çəkib.
Bundan öncə 2 dəfə Çempionlar Liqasının "Dördlər
finalı"na yüksələn və hər ikisində gümüş medala yiyələnən Bakı
təmsilçisi bu dəfə 3-cü olub.
16 mart
"Rabitə" - "Əczaçıbaşı" - 3:0 (25:21, 25:12,
27:25)