Türkmənistanın XİN Azərbaycana səfərə gəlib

2 Aprel 2014 11:54 (UTC+04:00)

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov çərşənbə günü Azərbaycana ikigünlük səfərə gəlib.

Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Meredov səfər zamaı ölkə rəhbərliyi, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 88,15 milyon dollar təşkil edib. Bu həcmin yarıdan çoxu Azərbaycana idxal olunan türkmən mallarının payına düşür. Azərbaycandan Türkmənistana ixrac 39,85 milyon dollar təşkil edib.