Putindən həlledici imza

2 Aprel 2014 15:55 (UTC+04:00)

Rusiya Dövlət Başçısı Vladimir Putin , Rus Qaradəniz Donanmasının Krım sahilində yerləşdirilməsi üçün Ukrayna ilə daha əvvəl edilən müqavilələrin ləğviylə bağlı qərarı imzalayıb.


Movqe.Az xəbər verir ki, Kremlin rəsmi internet səhifəsində yayımlanan açıqlamada , Qara dəniz Donanmasının Ukrayna sərhəddindəki Krımda fəaliyyətə keçnəsiylə əlaqədar 4 razılaşmanın ləğv edilməsi məqsədiylə 28 Martda Rusiya Parlamentinə təqdim edildiyi xatırladılıb.


Parlamentin alt qanadı Dumada yekdilliklə qəbul edilən qanun layihəsinin dünən də Federasiya Şurasından keçdiyi bildirilib.

 Rusiya Dövlət Başçısı Putinin imzaladığı Federal Qanunun nümayiş olunduğu tarixdən etibarən etibarlı olacağı deyilib.