Azərbaycanda dəhşətli yol qəzası: 6 ölü
5 Aprel 2014 23:09 (UTC+04:00)
Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda
baş verən dəhşətli avtomobil qəzasında avtomobillərin dövlət nömrə
nişanları bəlli oldu. Movqe.az ans press-ə istinadən bildirir ki ,
"VAZ-21015" minik avtomobilinin nömrəsi "57 BT 795", "KamAZ" yük
maşınının nömrəsi isə "40 BD 971"-dir.
Xatırladaq ki, hadisə bu gün saat 18:00
radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai
prospektinin kəsişməsində baş verib.
Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda
dəhşətli avtomobil qəzası baş verib.
ANS PRESS-in verdiyi məlumata görə, "KAMAZ" yük
maşını ilə "VAZ-21015" minik avtomobilinin toqquşması nəticəsində
"VAZ-21015"-də olan 6 sərnişin dünyasını dəyişib.
Hadisənin başvermə səbəbləri və ölənlərin kimliyi
barədə əlavə məlumat veriləcək. Saytımızı izləyin.