ABŞ vətəndaşlarına İraqa səfərlərilə bağlı xəbərdarlıq edib
6 Aprel 2014 23:17 (UTC+04:00)
ABŞ-ın İraqda səfirliyi Amerika vətəndaşlarının
İraqa səfərlərinə dair xəbərdarlıq edib.
Movqe.az ans press-ə istinadən xəbər verir ki , səfirliyin
açıqladığı xəbərdarlıqda İraqda adam oğurlanması və zorakı terror
aktları da daxil olmaqla, təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədar
narahatlıq ifadə edilir. Xəbərdalıqda ABŞ səfirliyinin Amerika
vətəndaşlarının İraqda qarşılaşa biləcəyi vəziyyətlərdə fəaliyyət
imkanlarının məhdud olduğu deyilir.
Səfirlik bu xəbərdarlığı Bağdadın beynəlxalq hava
limanının qısa qülləli toplardan atəşə tutulmasından sonra
verib.
ABŞ səfirliyi bildirib ki, paytaxt Bağdad da daxil
olmaqla, İraqda bütünlüklə təhlükəsizliklə bağlı vəziyyətə görə
Amerika vətəndaşlarına məhdud konsul xidmətləri göstərilə
bilir.
Amerika vətəndaşlarının Suriya, Türkiyə və İranla
sərhəd bölgələrə səfər etməməsilə bağlı xəbərdarlıq edilərək, bu
regionların daha təhlükəli və sərhədlərin bəzi hallarda
qeyri-müəyyən olduğu bildirilir.