Bu gün səhər saatlarında 6 saylı marşurut xəttilə
hərəkət edən sərnişin avtobusunda metronun "Elmlər Akademiyası"
stansiyasının qarşısında insident yaşanıb. Məhz sürücünün
sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib.
Hadisəni marşurut avtobusunda olan ANS Tv-nin əməkdaşaları mobil
telefonla lentə alıblar. İnsident zamanı sürücü idarə etdiyi
avtobusdan yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya
səbəbsə, sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə
salması olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı
sərişinlərin bir qisminin yıxılmasına səbəb olub. Elə hər şey də
bundan sonra başlayıb. Sərnişinlərdən biri sürücünün bu
səhlənkarlığına göz yummayıb və ona təzyiq göstərib. Avtobusdan
düşürülən sürücü digər sərnişinlər tərəfindən də təzyiqə məruz
qalıb. Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Onlar
sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə
çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə,
mənzil başına gecikiblər. Sürücü isə hadisə yerindən uzaqlaşaraq
yenidən sükan arxasına keçib.(anspress)